Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazanıb

İdman Xəbər 26 İyul 2026 17:51 (UTC +04:00)
Azərbaycan kanoeçisi Avropa çempionatında gümüş medal qazanıb
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın Seqed şəhərində keçrilən kayak və kanoe üzrə gənclər və 23 yaşadək avarçəkənlər arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Tatyana Smilovenko uğurlu nəticə göstərib.

Bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından bildirilib.

Milli üzvü 500 metr məsafədə birnəfərlik kanoe qayığında mükafatçılar sırasına düşüb.

T.Smilovenko həlledici mərhələ olan A finalında finiş xəttini 2-ci keçərək gümüş medala sahib olub.

Xatırladaq ki, bu idmançının Azərbaycan millisinin tərkibində qitə çempionatında qazandığı ikinci medaldır. O, ötən il Rumıniyanın Piteşti şəhərində təşkil olunmuş 23 yaşa qədər idmançılar arasında Avropa çepionatında 3-cü yer tutub.

Xəbər lenti

Xəbər lenti