Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizə aparacaqlar

İdman Materials 26 İyul 2026 15:56 (UTC +04:00)
Azərbaycan avarçəkənləri Avropa çempionatında mübarizə aparacaqlar

Bakı. Trend:

Azərbaycan avarçəkənləri İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə Avropa çempionatında mübarizə aparacaq.

Bu barədə Azərbaycan Su İdman Növləri Federasiyasından bildirilib.

Qitənin ən güclülərinin müəyyənləşəcəyi yarışda Azərbaycanı iki idmançı təmsil edəcək. Ziya Məmmədzadə və Nurlan Paşayev yüngül çəkidə ikinəfərlik akademik avarçəkmə qayığında mükafatçılar sırasına düşməyə çalışacaqlar.

Qeyd edək ki, iyulun 31-dən avqustun 2-nə qədər təşkil olunacaq turnirdə komandaya federasiyanın icraçı vitse-prezidenti Fərhad Əliyev rəhbərlik edəcək.

Xəbər lenti

Xəbər lenti