Azərbaycan neft qiymətlərinin həftəlik icmalı

Energetika Materials 25 İyul 2026 16:17 (UTC +04:00)
Azərbaycan neft qiymətlərinin həftəlik icmalı
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı.Trend:

Ötən həftə “Azeri Light” (CIF), “Azeri Light” (FOB Ceyhan), “Dated Brent” və “Urals” markalı neftin orta qiymətləri artıb.

Trend-in neft bazarı iştirakçılarının məlumatları əsasında apardığı hesablamalara görə, Azərbaycanda "Azəri-Çıraq-Günəşli" yataqlar blokundan hasil edilən “Azeri Light” (CIF) markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 14.02 ABŞ dolları və ya 16.1 faiz artaraq 101.01 ABŞ dolları təşkil edib.

Məlumata əsasən, həftə ərzində bu markalı xam neftin maksimal qiyməti bir barel üçün 109.10 ABŞ dolları, minimal qiyməti isə 93.91 ABŞ dolları olub.

Türkiyənin Ceyhan limanında FOB Azeri Light markalı neftin orta qiyməti bir barel üçün 97.08 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftənin göstəricisindən 13.64 ABŞ dolları və ya 16.3 faiz çoxdur. Həftə ərzində ən yüksək qiymət bir barel üçün 105.18 ABŞ dolları, ən aşağı qiymət isə 89.99 ABŞ dolları olub.

“Urals” markalı neftin orta qiyməti əvvəlki həftə ilə müqayisədə 11.96 ABŞ dolları və ya 23.4 faiz artaraq bir barel üçün 63.12 ABŞ dolları təşkil edib. Həftə ərzində maksimal qiymət 70.90 ABŞ dolları, minimal qiymət isə 56.14 ABŞ dolları olub.

“Dated Brent” markalı neftin orta qiyməti bir barel üçün 95.32 ABŞ dolları təşkil edib ki, bu da əvvəlki həftə ilə müqayisədə 13.39 ABŞ dolları və ya 16.3 faiz çoxdur. Həftə ərzində bir barel üçün maksimal qiymət 104.92 ABŞ dolları, minimal qiymət isə 87.01 ABŞ dolları olub.

Neft/Tarix

20.07.2026

21.07.2026

22.07.2026

23.07.2026

24.07.2026

Orta qiymət

Azeri LT CIF

$93.91

$98.73

$100.56

$109.10

$102.73

$101.01

Azeri Light FOB Ceyhan

$89.99

$94.81

$96.69

$105.18

$98.75

$97.08

Urals (EX NOVO)

$56.14

$60.97

$62.94

$70.90

$64.65

$63.12

Dated Brent

$87.01

$92.19

$94.17

$104.92

$98.33

$95.32

Məqalədə:

Xəbər lenti

Xəbər lenti