İsrail Qərb Sahilində irimiqyaslı əməliyyata hazırlaşır

Dünya xəbərləri Materials 24 İyul 2026 16:11 (UTC +04:00)
İsrail Qərb Sahilində irimiqyaslı əməliyyata hazırlaşır
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrail Müdafiə Qüvvələri (IDF) Tell adlı fələstin kəndində baş verən toqquşmalardan sonra İordan çayının Qərb sahilində yerləşən ərazilərdə xidmət edən hərbçilər üçün həftəsonu məzuniyyətlərini ləğv edib.

Bu barədə “The Times of Israel” nəşri məlumat yayıb.

Ordudan bildirilib ki, bölmələr bölgədə genişmiqyaslı antiterror əməliyyatına hazırlaşır. Bununla əlaqədar həftəsonu məzuniyyətləri ləğv edilib, həmçinin İordan çayının qərb sahilində yerləşən ərazilərdə İsrail qüvvələrinin sayı artırılıb.

Qeyd edək ki, İordan çayının Qərb Sahilində fələstinlilərlə israillilər arasında baş verən toqquşmalarda beş nəfər həlak olub.

Fələstin tərəfinin iddiasına görə, hərbçilərin müşayiət etdiyi 25–30 nəfərlik israilli mülki şəxslərdən ibarət qrup Nablus yaxınlığındakı Tell kəndinə daxil olaraq yerli sakinlərə atəş açıb. İsrail hərbçiləri hadisə yerinə gəldikdən sonra atışma davam edib. Nəticədə dörd fələstinli həlak olub, daha bir neçə nəfər yaralanıb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti