Bakı.Trend:
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli iyulun 23-də Xalq artisti Flora Kərimovanı 85 illik yubileyi münasibətilə evində ziyarət edib.
Bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Bildirilib ki, nazir sənətkarı yubileyi münasibətilə təbrik edərək ona xoş arzularını çatdırıb. Bildirilib ki, görkəmli bəstəkarların mahnıları Flora Kərimovanın ifasında musiqisevərlərin böyük rəğbətini qazanıb və bu gün də sevilərək dinlənilir.
Adil Kərimli qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən mədəniyyət və incəsənət xadimlərinə daim diqqət və qayğı göstərilir. Nazir vurğulayıb ki, Flora Kərimovanın çoxillik sənət fəaliyyəti də dövlət tərəfindən yüksək qiymətləndirilir.
Görüş zamanı Xalq artisti Flora Kərimova müalicəsinə göstərilən diqqət və dəstəyə görə Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
