"Qarabağ" “CSKA Sofia” ilə qolsuz bərabərliyə razılaşıb - Avropa Liqası

İdman Materials 23 İyul 2026 21:59 (UTC +04:00)
"Qarabağ" “CSKA Sofia” ilə qolsuz bərabərliyə razılaşıb - Avropa Liqası

Bakı. Trend:

Bu gün “Qarabağ” futbol klubu UEFA Avropa Liqasında növbəti oyununu keçirib.

Qurban Qurbanovun çalışdırdığı komanda turnirin ikinci təsnifat mərhələsinin ilk oyununda, Bakıda Bolqarıstanın “CSKA Sofia” kollektivini qəbul edib.

Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda, saat 20:00-da start götürüb. Matçı italiyalı FIFA referisi Daniele Kiffi idarə edib. Oyunda hesab açılmayıb.

Komandalar arasında cavab matçı iyulun 30-da Sofiya şəhərində baş tutacaq.

Qeyd edək ki, cütün qalibi üçüncü təsnifat mərhələsində Moldovanın “Şerif” - İsrailin “Makkabi” (Tel-Əviv) cütünün qalibi ilə üz-üzə gələcək.

Xəbər lenti

Xəbər lenti