Çexiyada hərbi helikopter qəzaya uğrayıb

Dünya xəbərləri Materials 23 İyul 2026 16:56 (UTC +04:00)
Çexiyada hərbi helikopter qəzaya uğrayıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Çexiyada göyərtəsində beş hərbi qulluqçunun olduğu “UH-1Y Venom” hərbi helikopteri qəzaya uğrayıb.

Bu barədə “IDNES” portalı ölkənin Müdafiə Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, qəza Nameşt-nad-Oslavou şəhəri yaxınlığında baş verib. Hadisə nəticəsində bir nəfər həlak olub. Yaralananların dəqiq sayı isə hazırda dəqiqləşdirilir.

Hadisə yerində xilasedici dəstələr işləyir. Müdafiə Nazirliyi əlavə məlumat veriləcəyini açıqlayıb.

Xilasetmə xidmətinin nümayəndəsi Petr Yanaçek portala bildirib ki, qəza yerinə dörd yerüstü xilasetmə briqadası və Yihlavadan sanitar aviasiya helikopteri göndərilib. Yardım göstərilməsi üçün Olomouts diyarından daha bir helikopter də cəlb olunub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti