ABŞ ordusu İrana qarşı 12-ci gecə hücumları dalğasını yekunlaşdırıb

Dünya xəbərləri Materials 23 İyul 2026 09:21 (UTC +04:00)
ABŞ ordusu İrana qarşı 12-ci gecə hücumları dalğasını yekunlaşdırıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ ordusu İrana qarşı 12-ci ardıcıl gecə hücumları dalğasını yekunlaşdırıb.

Bunu ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib.

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bəyanatına görə, zərbələrdə İranın dəniz imkanları, raket və pilotsuz uçuş aparatlarının saxlanıldığı obyektlər, sahil müşahidə məntəqələri və hava hücumundan müdafiə vasitələri hədəfə alınıb.

"Bildirilib ki, bu ay ərzində Amerika qüvvələri qurudakı onlarla İran hərbi obyektinə zərbələr endirib və eyni zamanda İrana qarşı dəniz blokadasını bərpa edib. Bu günə olan vəziyyətə görə, CENTCOM gəmilərin İran limanlarına daxil olmasının və ya oradan çıxmasının qarşısını almaq məqsədilə doqquz kommersiya gəmisinin marşrutunu dəyişdirib, bir gəmini isə fəaliyyətsiz vəziyyətə salıb."

Məqalədə:

Xəbər lenti

Xəbər lenti