Bakı. Trend:
Bolqarıstan parlamentinin deputatları ABŞ-yə məxsus hərbi yanacaqdoldurma təyyarələrinin ölkənin cənub-şərqində, Bezmer kəndi yaxınlığında yerləşən aviabazada yerləşdirilməsinə razılıq veriblər.
Bu barədə Bolqarıstan Milli Radiosu məlumat yayıb.
Bildirilib ki, qərar "Mütərəqqi Bolqarıstan" və "Hüquq və Azadlıqlar Hərəkatı" partiyalarından olan 135 deputatın dəstəyi ilə qəbul edilib.
13 deputat qərarın əleyhinə səs verib, müxalifətdəki Demokratik Qüvvələr İttifaqı, "Demokratik Bolqarıstan" və "Dəyişiklikləri Davam Etdiririk" partiyaları isə səsvermədə iştirak etməyiblər.
Bundan əvvəl Bolqarıstanın baş naziri Rumen Radev hökumətin ABŞ-dən Bezmer kəndi yaxınlığındakı aviabazada yanacaq-doldurma təyyarələrin yerləşdirilməsinə icazə verilməsi ilə bağlı nota aldığını bildirmişdi. Hökumət məsələni baxılması üçün parlamentə təqdim edib.
