Sabah 39 dərəcə isti olacaq

Cəmiyyət Materials 22 İyul 2026 12:35 (UTC +04:00)
Sabah 39 dərəcə isti olacaq
Fəridə Məmmədova
Fəridə Məmmədova
Bütün xəbərlər

Bakı. Trend:

Sabah Azərbaycanda 39 dərəcə isti olacaq.

Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən iyulun 22-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin günəşli keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-25° isti, gündüz 31-36° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 35-39° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq

Milli Hidrometeorologiya Xidmətinin bu günə olan məlumatına görə isə havanın temperaturu gecə 22-25° isti, gündüz 30-34° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-50 % olacaq.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi dağlıq rayonlarda lokal qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi dağlıq ərazilərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 22-26° isti, gündüz 33-38° isti, dağlarda gecə 13-18° isti, gündüz 24-29° isti olacaq.

Bu günün tibbi-meteoroloji proqnozunda isə qeyd olunub ki, iyulun 22-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü və havada rütubətin bir qədər yüksək olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün nisbətən əlverişsizdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti