ABŞ-də təyyarə evin damına enib

Dünya xəbərləri Materials 21 İyul 2026 21:36 (UTC +04:00)
ABŞ-də təyyarə evin damına enib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-nin Texas ştatının Hyuston şəhərində kiçik-mühərrikli təyyarə iyulun 20-də yaşayış evinin damına məcburi eniş edib.

Bu barədə ABC telekanalı Texas İctimai Təhlükəsizlik Departamentinə istinadən məlumat yayıb.

Bildirilib ki, pilot xəstəxanaya yerləşdirilib. O, təyyarəni yaxınlıqdakı uçuş meydançasına endirməyə cəhd etsə də, buna nail ola bilməyib.

ABŞ Federal Mülki Aviasiya Administrasiyası (FAA) telekanala açıqlamasında bildirib ki, hadisə ikiyerlik “Piper J-3 Cub” yüngül təyyarəsi ilə baş verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti