Bakı. Trend:
Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən 12–17 iyul 2026-cı il tarixlərində Gəncə və Samux ərazilərində baş vermiş qida zəhərlənməsi hadisələri ilə bağlı aparılmış araşdırmalar və laborator müayinələr yekunlaşıb.
AQTA-nın mətbuat xidmətinin məlumatına görə, Agentliyin müfəttişləri tərəfindən hadisə yerlərinə baxış keçirilmiş, istehlaka təqdim edilən qida məhsulları və müxtəlif səthlərdən laborator müayinələr üçün nümunələr götürülüb.
"Nəticələrə əsasən, hazır yeməklərdən götürülən nümunədə Staphylococcus aureus, lavaş məhsulunda Staphylococcus aureus və koliform bakteriyaları, pendir məhsulunda isə Escherichia coli (E.coli) aşkarlanıb. Qida məhsullarında bu mikroorqanizmlərin aşkar olunması məhsulların mikrobioloji çirklənməyə məruz qaldığını, istehsal və emal prosesində şəxsi və ümumi gigiyena qaydalarına, həmçinin sanitariya tələblərinə tam əməl olunmadığını göstərir", - məlumatda bildirilir.
Qeyd olunub ki, nəzarət tədbirləri çərçivəsində lavaş məhsulu
satdığı digər şəxslər və obyektlər də müəyyən edilərək məhsulların
geri çağırılması təmin olunub.
Aşkar edilmiş qanun pozuntuları ilə bağlı aidiyyəti dövlət
qurumlarına müvafiq məlumat verilib.
Agentlik vətəndaşlara qida məhsullarını yalnız rəsmi qeydiyyatdan
keçmiş və qida təhlükəsizliyi tələblərinə uyğun fəaliyyət göstərən
istehsalçı və satış obyektlərindən əldə etməyi tövsiyə edir.
Xatırladaq kki, Gəncə və Samuxda yas mərasimlərində əhalinin kütləvi zəhərlənməsi baş vermişdi.
