İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılıb

Dünya xəbərləri Materials 21 İyul 2026 18:33 (UTC +04:00)
İranın müvəqqəti işlər vəkili Fransa XİN-ə çağırılıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İranın Fransadakı müvəqqəti işlər vəkili İslam Respublikasında iki fransız diplomatın saxlanılması ilə əlaqədar Parisdə Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə Fransa Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

Bildirilib ki, iranlı diplomata bunun qəsdli və məqsədli aqressiv hərəkət olduğu və qəti şəkildə pisləndiyi çatdırılıb. Nazirlik qeyd edib ki, Fransa diplomatlarının saxlanılması diplomatik personalın təhlükəsizliyinə təminat verən Vyana konvensiyalarının pozulmasıdır və Tehrana xəbərdarlıq edib ki, bu qərar nəticəsiz qalmayacaq.

Fransa XİN vurğulayıb ki, Paris İrandan baş verən hadisənin bütün hallarına aydınlıq gətirməsini, günahkarların cəzalandırılmasını və beynəlxalq öhdəliklərə uyğun olaraq Fransanın diplomatik nümayəndəliklərinin və əməkdaşlarının təhlükəsizliyinin təmin edilməsini gözləyir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti