ABŞ-də benzin və dizel yenidən bahalaşdı

Dünya xəbərləri Materials 20 İyul 2026 20:01 (UTC +04:00)
ABŞ-də benzin və dizel yenidən bahalaşdı
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

ABŞ-də İranla hərbi münaqişə fonunda benzinin bir qallonunun (3,79 litr-red) qiyməti yenidən 4 dollara yüksəlib.

Bu barədə ABŞ-nin Milli Avtomobil Assosasiyası (AAA) məlumat yayıb.

Assosiasiyanın məlumatına görə, iyulun 20-nə olan vəziyyətə əsasən, “Regular” (Standart) markalı adi benzinin bir qallonunun orta qiyməti 4 dollar təşkil edir. Dizel yanacağının bir qallonunun qiyməti isə 5 dollar həddini keçərək 5,1 dollara çatıb. Müqayisə üçün qeyd edək ki, iyulun əvvəlində benzinin bir qallonu 3,84 dollara, dizel yanacağının bir qallonu isə 4,81 dollara satılırdı.

Ən yüksək satış qiyməti Kaliforniya ştatında qeydə alınıb. Burada bir qallon benzinin qiyməti 5,49 dollara çatıb. ABŞ-nin bütün qərb sahili boyunca, həmçinin Alyaska, İllinoys, Nyu-York və Pensilvaniya ştatlarında da benzinin qiyməti ölkə üzrə orta göstəricidən xeyli yüksəkdir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti