Bakı. Trend:
İranın İordaniyada yerləşən ABŞ hərbi bazalarına endirdiyi zərbələr nəticəsində onlarla amerikalı hərbçi yaralanıb, bir neçə helikopter isə zədələnib.
Bu barədə "The New York Times" qəzeti mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, hücumların miqyası və ABŞ hərbi obyektlərinə dəyən zərər İranın böyük raket arsenalına malik olduğunu və ABŞ-nin hava hücumundan müdafiə sistemlərindən uğurla yayınmağı öyrəndiyini göstərir.
Məlumatda həmçinin İran son beş gün ərzində İordaniyadakı ABŞ hərbi bazalarına dörd dəfə hücum etdiyi bildirilir.