Süni intellekt sahəsində əməkdaşlıq üzrə ümumdünya təşkilatı 29 dövlət tərəfindən təsis edilib

Dünya xəbərləri Materials 18 İyul 2026 08:06 (UTC +04:00)
Süni intellekt sahəsində əməkdaşlıq üzrə ümumdünya təşkilatı 29 dövlət tərəfindən təsis edilib
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

Süni intellekt sahəsində beynəlxalq əməkdaşlığın inkişafına həsr olunacaq yeni beynəlxalq təşkilatın mənzil-qərargahı Çinin Şanxay şəhərində yerləşəcək. Bununla bağlı saziş 29 təsisçi dövlətin nümayəndələri tərəfindən imzalanıb.

Bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin bəyanatında bildirilib.

"Beynəlxalq sazişə əsasən, süni intellekt sahəsində əməkdaşlıq üzrə ümumdünya təşkilatı BMT Nizamnaməsinin məqsədlərinə uyğun fəaliyyət göstərən müstəqil hökumətlərarası beynəlxalq təşkilat olacaq. Təşkilat geniş məsləhətləşmələr, birgə töhfə və qarşılıqlı fayda prinsiplərinə əsaslanacaq, insan maraqlarını rəhbər tutacaq. Məqsəd süni intellekt sahəsində beynəlxalq əməkdaşlığı və qlobal idarəetməni təşviq etmək, bu texnologiyanın sağlam, nizamlı, təhlükəsiz və ədalətli inkişafını bütün bəşəriyyətin rifahı naminə təmin etməkdir. Təşkilatın mənzil-qərargahı Şanxay şəhərində yerləşəcək", - deyə nazirlikdən bildirilib.

Saziş Çinin xarici işlər naziri Van İnin iştirakı ilə keçirilən mərasimdə imzalanıb. Sənədi Çin hökuməti adından Van İ imzalayıb.

Təsisçi dövlətlər arasında Qazaxıstan, Pakistan, Rusiya, İndoneziya, Laos və daha 24 ölkə yer alıb.

Mərasimdə, həmçinin BMT-nin Baş katibi Antonio Quterreş, eləcə də bir sıra dövlətlərin və beynəlxalq təşkilatların nümayəndələri iştirak ediblər.

Xəbər lenti

Xəbər lenti