SEPAH ABŞ-ın Bəhreyndəki hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib

Dünya xəbərləri Materials 18 İyul 2026 01:16 (UTC +04:00)
SEPAH ABŞ-ın Bəhreyndəki hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib
Nicat İsmiyev
Nicat İsmiyev
Bütün xəbərlər

Bakı. Trend:

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyn ərazisində yerləşən ABŞ-ın hərbi obyektlərinə zərbələr endirdiyini açıqlayıb.

SEPAH-ın bəyanatına görə, hücum nəticəsində ABŞ-a məxsus pilotsuz uçuş aparatlarının (PUA) saxlanıldığı anbar vurulub. Bundan əlavə, İran tərəfi İrandakı hədəflərə zərbələrin yönləndirilməsi üçün istifadə olunduğunu iddia etdiyi "əsas süni intellekt mərkəzi"nin tamamilə məhv edildiyini bildirib.

SEPAH-da qeyd edilib ki, əməliyyat zamanı ballistik raketlərdən və pilotsuz uçuş aparatlarından istifadə olunub.

Xəbər lenti

Xəbər lenti