Azərbaycan və Rusiya Moskva Bəyannaməsinin potensialının tam şəkildə reallaşdırılması istiqamətində irəliləyir - Lavrov

Siyasət Materials 17 İyul 2026 14:34 (UTC +04:00)
Azərbaycan və Rusiya Moskva Bəyannaməsinin potensialının tam şəkildə reallaşdırılması istiqamətində irəliləyir - Lavrov
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı.Trend:

Azərbaycan və Rusiya Moskva Bəyannaməsinin potensialının tam şəkildə reallaşdırılması istiqamətində irəliləyir.

Bunu Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov Moskvada Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla keçirdiyi görüşdə deyib.

"Vaxtaşırı yaranan bu və ya digər çətinliklərə baxmayaraq, tərəflər 22 fevral 2022-ci ildə imzalanmış Müttəfiqlik Qarşılıqlı Fəaliyyəti haqqında Moskva Bəyannaməsinin potensialının tam şəkildə reallaşdırılması istiqamətində irəliləyirlər", – deyə o bildirib.

Lavrov qeyd edib ki, cari ildə ən yüksək səviyyədə əldə olunmuş razılaşmalar və hökumətlər, eləcə də nazirliklər arasında aparılan işlər sayəsində 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin qəzaya uğramasının nəticələri ilə bağlı bütün məsələlər nizamlanıb.

"Xarici İşlər nazirliklərinin bu ümumi faciə ilə bağlı birgə bəyanatı qəbul edilib. Bu gün əməkdaşlığımızın hazırkı vəziyyətini və perspektivlərini, o cümlədən iqtisadi sahədə müzakirə edəcəyik. Aprel ayında Hökumətlərarası Komissiyanın 24-cü iclası keçirilib. Mədəni-humanitar sahədə də müsbət tendensiyalar və yaxşı perspektivlər mövcuddur. Şübhəsiz ki, Cənubi Qafqazdakı vəziyyəti də müzakirə edəcəyik. Regional əməkdaşlıq üzrə "3+3" platformasına marağın yenidən qayıtmasını və artmasını diqqətə çatdırdıq. Ümid edirəm ki, bugünkü danışıqlar məhsuldar olacaq", – deyə o əlavə edib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti