Fransa 2029-cu ildən sursat istehsalını bərpa edəcək

Dünya xəbərləri Materials 17 İyul 2026 07:47 (UTC +04:00)
Fransa 2029-cu ildən sursat istehsalını bərpa edəcək

Bakı. Trend:

Fransa 1999-cu ildə dayandırdığı kiçik çaplı sursat istehsalını 2029-cu ildən yenidən başlayacaq.

Bu barədə Fransa Silahlı Qüvvələr Nazirliyinin Silahlanma Baş İdarəsi (DGA) məlumat yayıb.

Yeni müəssisədə illik 75 milyon ədəd 5,56x45 mm və 7,62x51 mm kalibrli patron istehsalı nəzərdə tutulur. Zavod Drom departamentinin Klerye şəhərində yerləşəcək.

İstehsalın ilkin mərhələsində patronların yığılması və qablaşdırılması həyata keçiriləcək. DGA bildirib ki, layihə Fransanın döyüş hazırlığının və yüksək intensivlikli münaqişələrə hazırlıq imkanlarının artırılması strategiyasının bir hissəsidir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti