Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb (FOTO)

İqtisadiyyat Materials 17 İyul 2026 14:23 (UTC +04:00)
Azərbaycan və Özbəkistan arasında əməkdaşlığın genişləndirilməsinə dair sənədlər imzalanıb (FOTO)
Aysel Məmmədli
Aysel Məmmədli
Bütün xəbərlər

Bakı. Trend:

Özbəkistana işgüzar səfərimiz çərçivəsində bu ölkənin investisiyalar, sənaye və ticarət naziri Laziz Kudratovla birlikdə Azərbaycan ilə Özbəkistan arasında əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 15-ci iclasında iştirak etdik.

Bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" sosial şəbəkə hesabından etdiyi paylaşımında bildirilib.

"Dövlət başçılarımız tərəfindən müəyyənləşdirilmiş hədəflərə uyğun olaraq ticarət-investisiya tərəfdaşlığın dərinləşdirilməsi, Mərkəzi Asiya ilə Cənubi Qafqaz arasında yeni istehsal və dəyər zəncirlərinin formalaşdırılması, Orta Dəhliz çərçivəsində nəqliyyat-logistika əlaqələrinin inkişafı, həmçinin investisiya əməkdaşlığının genişləndirilməsi ilə bağlı fikirlərimizi bölüşdük. İclasın yekununda iqtisadi-ticarət, enerji, nəqliyyat, kənd təsərrüfatı, ərzaq təhlükəsizliyi, səhiyyə, ətraf mühitin mühafizəsi və digər prioritet istiqamətlər üzrə tərəfdaşlığın gücləndirilməsini nəzərdə tutan protokol, həmçinin “AzerGold” QSC “Uzbekgeologorazvedka” SC və Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin birgə iştirakı ilə geoloji kəşfiyyat işlərinin aparılması məqsədilə üçtərəfli birgə müəssisənin yaradılması ilə bağlı Şərtlər Toplusu imzalandı", - deyə paylaşımda qeyd edilib.

Xəbər lenti

Xəbər lenti