Azərbaycan güləşçisi Budapeşt turnirinin qalibi olub

İdman Materials 17 İyul 2026 03:48 (UTC +04:00)
Azərbaycan güləşçisi Budapeşt turnirinin qalibi olub
Müqəddəs Mustafayev
Müqəddəs Mustafayev
Bütün xəbərlər

Bakı. Trend:

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə ilin son reytinq turniri davam edir.

Azərbaycan təmsilçisi Əli Tsokayev (92 kq) finalda ukraynalı Muxammed Əliyevin zədə səbəbindən görüşə çıxmaması nəticəsində qızıl medala sahib çıxıb.

Digər idmançımız Gültəkin Şirinova (55 kq) isə üçüncü yer uğrunda qarşılaşmada kanadalı Karla Qonzalesə 0:5 hesabı ilə uduzaraq turniri medalsız başa vurub.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti