Küveyt İranın PUA hücumuna məruz qalıb

Dünya xəbərləri Materials 16 İyul 2026 15:42 (UTC +04:00)
Küveyt İranın PUA hücumuna məruz qalıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Küveytin hava hücumlarından müdafiə sistemləri ölkənin hava məkanını pozan pilotsuz uçuş aparatlarını zərərsizləşdirir.

Bu barədə əmirliyin silahlı qüvvələrinin baş qərargahı məlumat yayıb.

“Hal-hazırda Küveytin HHM sistemləri İranın genişmiqyaslı təcavüzündən sonra düşmən PUAlarının hücumlarını dəf etməkdədir”, - deyə məlumatda qeyd edilib.

Baş Qərargah paytaxtda eşidilən partlayış səslərinin HHM sistemlərinin işi ilə əlaqədar olduğuna əmin edərək insanları təşvişə düşməməyə və aidiyyəti qurumların təhlükəsizliklə bağlı verdiyi təlimatlara riayət etməyə çağırıb.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti