Bakı.Trend:
Türkiyədə sosial media fenomeni Oğuzhan Uğur saxlanılıb.
Bu barədə NTV telekanalı məlumat yayıb.
Məsələ ilə bağlı Baş Prokurorluq tərəfindən aparılan istintaqın predmeti barədə hələlik heç bir rəsmi açıqlama verilməyib.
"Ahbap Dərnəyi”nə verdiyi dəstəklə tanınan Uğur bu gün səhər saatlarında Maliyyə Cinayətləri ilə Mübarizə Şöbəsinin əməkdaşları tərəfindən Çəkməköydəki evində saxlanılıb.
“Ahbap Dərnəyi” Türkiyədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatı (QHT) və xeyriyyə fondudur. O, 2017-ci ildə müğənni və ictimai xadim Haluk Levent tərəfindən yaradılıb.
Bundan əvvəl "Ahbap" Dərnəyi ilə bağlı istintaq başlanılmış və Haluk Levent daxil olmaqla 14 nəfər həbs olunmuşdu. Onlar barəsində həbs qətimkan tədbiri seçilib.
İlkin istintaq nəticəsində müəyyən edilib ki, şübhəlilərin maliyyə profillərinə uyğun gəlməyən iri məbləğli pul dövriyyəsi mövcud olub, onlar arasında yüksək məbləğli pul köçürmələri həyata keçirilib, qumar və mərc hesablarına böyük məbləğlər köçürərək mərc oyunlarında iştirak edib və bu yolla külli miqdarda vəsait itiriblər.
