Bakı.Trend:
Cənubi Koreya hakimiyyəti 14 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan etməyi nəzərdən keçirir. Bu barədə Koreya Respublikasının Kütləvi Kommunikasiya və Rabitə Komissiyasının sədri Kim Con Çhol bildirib.
“Biz 14 yaşadək uşaqların sosial şəbəkələrdə hesab yaratmaq imkanını məhdudlaşdırmağı, həmçinin 14–19 yaşlı yeniyetmələri bu platformalardan həddindən artıq istifadə etməyə təşviq edən alqoritmlərin təsirini azaltmağı nəzərdən keçiririk”, – deyə komissiya sədrinin sözlərini “Yonhap” agentliyi sitat gətirib.
Kim Con Çhol qeyd edib ki, parlamentdə yetkinlik yaşına çatmayanların sosial şəbəkələrdən istifadəsi ilə bağlı təxminən yeddi qanun layihəsi irəli sürülüb.
Bununla yanaşı, rəsmi bu məsələyə ehtiyatla yanaşmağın vacibliyini vurğulayaraq, yeniyetmələrin gecə saatlarında onlayn oyunlardan istifadəsinə tətbiq edilmiş qadağa təcrübəsini xatırladıb. Belə ki, 2011-ci ildə Cənubi Koreyada qəbul edilmiş qanuna əsasən, 16 yaşadək şəxslərin gecə saat 00:00-dan səhər saat 06:00-dək onlayn oyunlara daxil olması qadağan edilmişdi. Bu qanun oyun sənayesinə mənfi təsir göstərdiyi və insanların "əsas hüquqlarını pozduğu" əsas gətirilərək 2022-ci ilin yanvarında ləğv edilib
