Co Bayden "Mənə söz ver, Amerika" kitabını təqdim edəcəyini açıqlayıb

Maraqlı Xəbər 16 İyul 2026 01:46 (UTC +04:00)
Co Bayden "Mənə söz ver, Amerika" kitabını təqdim edəcəyini açıqlayıb

Bakı. Trend:

ABŞ-nin sabiq prezidenti Co Bayden prezidentliyi dövrünə həsr olunmuş "Mənə söz ver, Amerika" ("Promise Me, America") adlı kitabının noyabrın 17-də nəşr olunacağını açıqlayıb.

83 yaşlı sabiq dövlət başçısı iyulun 15-də sosial şəbəkə hesablarında paylaşdığı videoda bildirib ki, kitabında Ağ Evdə keçirdiyi dörd il, ölkənin üzləşdiyi çətinliklər, ABŞ-nin bir xalq kimi qarşılaşdığı çağırışlar, prezident kimi qəbul etdiyi qərarlar və onları qəbul etmə səbəblərindən bəhs ediləcək.

ABŞ-ın 46-cı prezidenti kitabında, həmçinin 2024-cü il iyulun 21-də ikinci prezidentlik müddəti uğrunda mübarizədən niyə imtina etdiyini və namizədliyi vitse-prezidenti Kamala Harrisin xeyrinə geri götürməsinin səbəblərini də izah edəcəyini bildirib.

"Mənə söz ver, Amerika" kitabının noyabrın 17-də, ABŞ-da aralıq seçkilərindən bir neçə həftə sonra satışa çıxarılması planlaşdırılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti