Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib

Dünya xəbərləri Materials 17 İyul 2026 04:15 (UTC +04:00)
Yaponiyada 5,2 bal gücündə zəlzələ baş verib

Bakı. Trend:

Yaponiyanın Kyuşu adasının cənubunda 5,2 bal gücündə zəlzələ baş verib.

Bu barədə Yaponiyanın Milli Meteorologiya Agentliyi məlumat yayıb.

Zəlzələnin episentri Kaqoşima prefekturasına aid olan Taneqaşima adasının şərqində, dənizdə yerləşib. Yeraltı təkanların ocağı 40 kilometr dərinlikdə qeydə alınıb.

Hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti