“IT SkillSprint” proqramı çərçivəsində 27 tələbə məzun olmadan işlə təmin edilib - Qonzalo Manrike

İqtisadiyyat Materials 17 İyul 2026 10:38 (UTC +04:00)
“IT SkillSprint” proqramı çərçivəsində 27 tələbə məzun olmadan işlə təmin edilib - Qonzalo Manrike
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

“IT SkillSprint” proqramı çərçivəsində 27 tələbə məzun olmadan işlə təmin edilib.

Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu fikirləri Ironhack şirkətinin baş icraçı direktoru Qonzalo Manrike “IT SkillSprint” beynəlxalq təhsil proqramının bağlanış mərasimində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, proqram Azərbaycanın rəqəmsal transformasiya strategiyasının bir hissəsi olmaqla texnologiya sahəsi üçün tələb olunan insan kapitalının hazırlanmasına xidmət edir.

Q.Manrike bildirib ki, proqrama qeydiyyatdan keçən 123 tələbədən 120-si 20 həftəlik, 450 saatlıq intensiv tədris proqramını uğurla başa vurub və bütün iştirakçılar davamiyyət tələblərinə əməl edərək layihələrini müvəffəqiyyətlə təqdim ediblər.

Baş icraçı direktor qeyd edib ki, proqramın ən mühüm nəticələrindən biri tələbələrin əmək bazarına erkən inteqrasiyası olub.

“27 tələbə proqram hələ davam edərkən işlə təmin olunub, daha 65 nəfər isə hazırda müxtəlif şirkətlərlə müsahibə prosesində iştirak edir. İlkin nəticələr göstərir ki, işəgötürənlər proqram çərçivəsində yetişdirilən mütəxəssislərə böyük maraq göstərirlər”, - deyə o vurğulayıb.

Q.Manrike əlavə edib ki, “IT SkillSprint” proqramı universitetlər, dövlət qurumları və özəl sektor arasında əməkdaşlığın uğurlu nümunəsidir və texnologiya sahəsində karyeraya başlamaq istəyən gənclərin praktiki bacarıqlar qazanmasına mühüm töhfə verir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti