Bakı. Trend:
2026-2027-ci tədris ilində yeni təmayül tədris modeli Bakı şəhərindəki 31 ümumi təhsil müəssisəsini əhatə edəcək.
Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin mətbuat xidməti məlumat yayıb.
Mətbuat xidmətinin sosial media hesabında əks olunan məlumatına görə, paytaxt üzrə 313, 136, 71, 88, 182, 290, 106, 116, 337, 96, 239, 26, 320, 114, 263, 194, 253, 21, 283, 196, 45, 19, 227, 135, 302, 104, 51, 144, 262 nömrəli tam orta məktəblər, həmçinin 70 və 299 nömrəli məktəb-liseydə yeni təmayül tədris modelinin tətbiqinə başlanılacaq.
"Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət
göstərən tam orta ümumtəhsil müəssisələrində X-XI siniflər üçün
nəzərdə tutulan yeni təmayül tədris modelinə şagird və müəllimlərin
qeydiyyat prosesi davam edir. Yeni təmayül tədris modeli tam orta
təhsil səviyyəsində məktəbin akademik rolunun gücləndirilməsinə,
şagirdlərin ali təhsilə hazırlıq prosesinin məktəb daxilində daha
səmərəli təşkilinə xidmət edir.
Modelin əsas məqsədi şagirdlərin əlavə hazırlıq kurslarına ehtiyac
duymadan məktəbdə təşkil olunan gücləndirilmiş tədris prosesi
vasitəsilə ali təhsil müəssisələrinə qəbul üçün zəruri bilik və
bacarıqlara yiyələnməsini təmin etməkdir", - məlumatda
bildirilib.
Həmçinin qeyd edilib ki, qeydiyyat prosesində BŞTİ-nin tabeliyində fəaliyyət göstərən tam orta ümumtəhsil müəssisələrinin X və XI sinif şagirdləri iştirak edə bilərlər.
Yeni təmayül tədris modelində iştirak etmək istəyən şagird və müəllimlər elektron sistem vasitəsilə müraciət edə bilərlər.
Şagirdlər üçün qeydiyyat:
https://anket.edu.az/user/321
Müəllimlər üçün qeydiyyat:
https://docs.google.com/forms/d/e/1FAIpQLScbzg-UGJSydggPrLl4Eo1shd-FeVCrkLVrWaY9zA8ZIGuiFw/viewform?usp=header
