İran husilərə strateji boğazı bağlamaq tapşırığı verib

Dünya xəbərləri Materials 16 İyul 2026 17:21 (UTC +04:00)
İran husilərə strateji boğazı bağlamaq tapşırığı verib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İran Yəməndən olan husilərə ABŞ-nin İranın enerji infrastrukturuna hücumlar edəcəyi təqdirdə Bab-əl-Məndəb boğazını bağlamağı tapşırıb.

Bu barədə “Reuters” üç anonim mənbəyə istinadən məlumat yayıb.

Qeyd edilir ki, bu məsələr İran rəhbərliyi ilə müzakirə olunub, daha sonra husilərə qeyd olunan tapşırıq verilib.

Bu göstərişin ABŞ Prezidenti Donald Trampın İranın enerji infrastrukturuna zərbələr endiriləcəyi ilə bağlı hədələrindən əvvəl, yoxsa sonra verildiyi məlum deyil.

Husilərə yaxın mənbənin sözlərinə görə, Bab əl-Məndəb boğazı ətrafında raketlər və pilotsuz uçuş aparatları yerləşdirilib, boğazın bağlanmasına hazırlıq başa çatdırılıb və hazırda müvafiq əmrin verilməsi gözlənilir.

Bab əl-Məndəb boğazı Qırmızı dənizi Ədən körfəzi və Ərəb dənizi ilə birləşdirən dünyanın ən mühüm strateji dəniz keçidlərindən biridir. Bu marşrut Süveyş kanalı ilə birlikdə Avropa ilə Asiya arasında yükdaşımaların əsas hissəsini təmin edir və qlobal dəniz ticarətinin təxminən 12 faizi bu dəhlizdən keçir. Boğazın bağlanması və ya burada gəmiçiliyin pozulması neft və mayeləşdirilmiş təbii qaz tədarükünü, eləcə də beynəlxalq ticarəti ciddi şəkildə ləngidərək daşınma xərclərinin artmasına səbəb ola bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti