Kanadadakı meşə yanğınları səbəbindən MLS oyunu təxirə salınıb

İdman Materials 17 İyul 2026 00:37 (UTC +04:00)
Kanadadakı meşə yanğınları səbəbindən MLS oyunu təxirə salınıb

Bakı. Trend:

ABŞ-nin Əsas Futbol Liqasında (MLS) "Çikaqo" ilə "Vankuver" arasında keçirilməsi planlaşdırılan müntəzəm mövsüm oyunu Kanadadakı meşə yanğınları nəticəsində yaranan əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb.

Bu barədə "The Athletic" portalı məlumat yayıb.

Məlumata əsasən, görüşün Bakı vaxtı ilə iyulun 17-nə keçən gecə "Çikaqo"nun ev stadionunda keçirilməsi nəzərdə tutulurdu. Bu matçda cari mövsümlərarası fasilədə komandaya transfer olunan Polşa millisinin bombardiri Robert Levandovskinin Amerika klubunun heyətində debüt etməsi gözlənilirdi.

Məlumatda bildirilir ki, Kanadadakı meşə yanğınlarından yayılan tüstü səbəbindən Çikaqoda havanın keyfiyyət indeksi ən pis göstəricilərə çatıb. Şəhər rəhbərliyi bütün ictimai çimərlik və hovuzları bağlayıb, Çikaqo parklarında isə qapalı məkanlarda keçirilməsi mümkün olmayan bütün açıq hava tədbirləri ləğv edilib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti