2025-ci ildə dünyada enerji saxlama sistemlərinə tələbat 70%-dən çox artıb

Yaşıl iqtisadiyyat Materials 16 İyul 2026 20:56 (UTC +04:00)
2025-ci ildə dünyada enerji saxlama sistemlərinə tələbat 70%-dən çox artıb
Aytac Şirəliyeva
Aytac Şirəliyeva
Bütün xəbərlər

Bakı. Trend:

2025-ci ildə dünyada batareya əsaslı enerji saxlama sistemlərinə (battery storage) tələbat 70%-dən çox artaraq 330 QVt·saat (110 QVt) təşkil edib.

Beynəlxalq Enerji Agentliyinin (IEA) rəsmi saytında dərc olunan "Kritik əhəmiyyətli minerallar bazarının qlobal icmalı 2026" hesabatında deyilir.

Hesabatda qeyd olunur ki, enerji saxlama sistemlərinin payına qlobal akkumulyator bazarının 20%-dən çoxu düşüb. Eyni zamanda, 2025-ci ildə istismara verilən yeni güclərin təxminən 80%-ni iri miqyaslı enerji saxlama sistemləri təşkil edib.

Agentliyin məlumatına əsasən, yeni güclərin istismara verilməsi üzrə liderlər Çin, ABŞ və Avropa olaraq qalır. Bununla yanaşı, Avstraliya və Səudiyyə Ərəbistanında da əhəmiyyətli artım qeydə alınıb.

IEA-nın hesabatına görə, Çində 2025-ci ildə enerji saxlama üzrə yeni güclərin həcmi təxminən üçdəbir artıb.

"Həyata keçirilən yeni qurğuların təxminən 90%-i iri miqyaslı layihələrin payına düşüb, paylanmış sistemlər seqmenti isə günəş enerjisi istehsalının inkişafı ilə paralel şəkildə artmağa davam edib", - hesabatda bildirilir.

Sənədə əsasən, ABŞ-də enerji saxlama üzrə yeni güclərin həcmi əvvəlki illə müqayisədə 75% artıb. Tələbatın təxminən 85%-i iri miqyaslı enerji saxlama sistemləri hesabına təmin olunub.

Avropada isə istismara verilən güclərin ümumi həcmi əvvəlki illə müqayisədə təxminən 20% azalsa da, iri miqyaslı sistemlərin payı bütün yeni qurğuların 75%-nə çatıb.

Hesabatda qeyd edilir ki, Avstraliyada enerji saxlama üzrə yeni güclərin həcmi təxminən doqquz dəfə artaraq 8 QVt-a yaxınlaşıb. Yaxın Şərq ölkələrində isə yeni güclərin həcmi 3 QVt-a çataraq 2024-cü illə müqayisədə üç dəfə artıb. Bu artıma əsas töhfəni Səudiyyə Ərəbistanı verib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti