Starmer Ukraynaya baş nazir kimi son səfərini edib

Dünya xəbərləri Materials 16 İyul 2026 14:37 (UTC +04:00)
Starmer Ukraynaya baş nazir kimi son səfərini edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Böyük Britaniyanın istefaya gedən baş naziri Kir Starmer Ukraynaya tutduğu vəzifədə ikən son səfərinə gəlib.

Bu barədə "Sky News" məlumat yayıb.

Məlumata görə, Starmer Kiyevə səfəri zamanı Ukrayna Prezidenti Volodimir Zelenskiyə bildirib ki, Böyük Britaniyanın Ukraynaya sarsılmaz dəstəyi dəyişməz olaraq qalacaq. Nəşr qeyd edir ki, bu, Starmerin baş nazir vəzifəsindən ayrılmasına bir neçə gün qalmış yaxın müttəfiqi ilə keçirəcəyi son görüş olacaq.

"Sky News"un yazdığına görə, Starmer Böyük Britaniyanın Ukraynanın silahlandırılması prosesinə verdiyi töhfədən qürur duyduğunu ifadə edib və bu fəaliyyətin "bundan sonra da davam etdiriləcəyini" vurğulayıb.

Xatırladaq ki, bundan əvvəl Fransa Prezidenti Emmanuel Makron Starmeri respublikanın ən ali mükafatı olan Fəxri Legion ordeni ilə təltif edib. Mükafatın təqdimatı zamanı Fransa lideri Böyük Britaniyanın baş nazirinə "istəklilər koalisiyası"nın yaradılmasında "tarixi rol" oynadığını bildirib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti