Konfrans Liqası: "Zirə" ikinci təsnifat mərhələsinə yüksəlib

İdman Materials 16 İyul 2026 21:58 (UTC +04:00)
Konfrans Liqası: "Zirə" ikinci təsnifat mərhələsinə yüksəlib

Bakı. Trend:

UEFA Konfrans Liqasının I təsnifat mərhələsində Kutaisidə “Torpedo” (Gürcüstan) və “Zirə” komandaları arasında cavab oyunu başa çatıb.

Azərbaycan təmsilçisi “Şengelia Arena”da keçirilən görüşdə rəqibini 3:0 hesabı ilə məğlub edib.

Hesabı 25-ci dəqiqədə Eren Aydın açıb. Müdafiəçi Amin Seydiyev 39-cu dəqiqədə ikinci dəfə meydan sahiblərini cəzalandırıb. Matçda son nöqtəni 70-ci dəqiqədə dubla imza atan Eren Aydın qoyub.

“Qartallar” iki oyunun nəticəsinə əsasən rəqibini 6:0 hesabı ilə üstələyib.

Rəşad Sadıqovun komandası ikinci raundda "Hegelmann" (Litva) - "Payde" (Estoniya) cütünün ən güclüsü ilə üz-üzə gələcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti