Azərbaycan çimərlik futbolu millisi Slovakiyanı məğlub edib

İdman Materials 16 İyul 2026 23:28 (UTC +04:00)
Azərbaycan çimərlik futbolu millisi Slovakiyanı məğlub edib

Bakı. Trend:

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatının seçmə mərhələsində (EBSL) ikinci oyuna çıxıb.

B Liqasının B qrupunda yer alan milli Slovakiya yığması ilə qarşılaşıb.

Batumi çimərlik meydançasında reallaşan görüş komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolları Elçin Qasımov, Kamran Qürbətov, Ramil Əliyev və Orxan Məmmədov vurublar.

Qeyd edək ki, qrupdakı ilk oyunda İngiltərə yığmasını 8:3 hesabı ilə məğlub edən Azərbaycan millisi üçüncü matçını iyulun 17-də Latviya seçməsinə qarşı keçirəcək.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti