Nikaraqua İtaliya ilə diplomatik əlaqələrini kəsib

Dünya xəbərləri Materials 17 İyul 2026 02:40 (UTC +04:00)

Bakı. Trend:

Nikaraqua hakimiyyəti İtaliya ilə diplomatik əlaqələrin kəsildiyini açıqlayıb.

Bu barədə Nikaraqua Xarici İşlər Nazirliyinin "El19 Digital" portalının istinad etdiyi rəsmi açıqlamada bildirilib.

"İtaliya Respublikasının Xarici İşlər Naziri Antonio Tajaninin Nikaraqua xalqını və hökumətini təhqir edən əsassız, aqressiv və məsuliyyətsiz açıqlamalarını nəzərə alaraq, İtaliya hökumətinə və xüsusən də nazir Tajaninə İtaliya hökuməti ilə bütün diplomatik münasibətlərin kəsilməsi barədə məlumat veririk", - deyə açıqlamada qeyd edilib.

Xəbər lenti

Xəbər lenti