Bakı. Trend:
Prezident İlham Əliyev “Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”nda dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Sənədin mətni Azərbaycan Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc olunub.
Fərmana əsasən, prokurorluq orqanı qanunla müəyyən edilmiş hallarda uşaqların hüquqlarını və qanuni mənafelərini məhkəmədə müdafiə edir, dövlət qurumlarına müraciət edir, məhkəmədə iddia qaldıracaq.
Eyni zamanda uşaqlarla bağlı cinayət işləri və inzibati xəta haqqında işlər üzrə qanunla müəyyən edilmiş hallarda və qaydada qanunların icrasına nəzarəti həyata keçirəcək.
Prokurorluq orqanı həmçinin uşağın sağlamlığının və ya həyatının birbaşa təhlükədə olması ilə bağlı qəyyumluq və himayəçilik orqanlarının və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatlarına baxacaq və qanunda nəzərdə tutulmuş tədbirləri görəcək.
