Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır (YENİLƏNİB)

Hadisə Xəbər 15 İyul 2026 19:20 (UTC +04:00)
Samuxda 7-si azyaşlı olmaqla 10 nəfər zəhərlənib, araşdırma aparılır (YENİLƏNİB)
Firayə Nurizadə
Firayə Nurizadə
Bütün xəbərlər

Bakı.Trend:

Samuxda baş vermiş zəhərlənmə hadisəsi nəzarətdədir, araşdırma aparılır.

Bu barədə Trend-in sorğusuna cavab olaraq Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Bildirilib ki, agentliyin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.

"Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə qeyd edilib.

xxx

17:47

Samux rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Mətbuat xidmətindən Trend-in sorğusuna cavab olaraq bildirilib ki, iyulun 15-də saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.

"Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta ağır qiymətləndirilir", - deyə qurumun Mətbuat xidmətindən əlavə olunub.

Xatırladaq ki, dünən Gəncədə keçirilən yas mərasimində zəhərlənmə şübhəsi ilə 5 nəfər xəstəxanaya yerləşdirilib. TƏBİB-dən bildirilib ki, 4 nəfərin vəziyyəti stabil, 1 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti