ABŞ-nin aviazərbələri nəticəsində İranda azı 35 nəfər həlak olub

Dünya xəbərləri Materials 16 İyul 2026 02:32 (UTC +04:00)
ABŞ-nin aviazərbələri nəticəsində İranda azı 35 nəfər həlak olub

Bakı. Trend:

ABŞ Hərbi Hava Qüvvələrinin İranın cənub bölgələrinə son sutka ərzində endirdiyi aviazərbələr nəticəsində azı 35 dinc sakin həlak olub.

Bu barədə İran Səhiyyə Nazirliyinin nümayəndəsi Hüseyn Kərmanpur "X" sosial şəbəkəsində məlumat verib.

Onun sözlərinə görə, yerli vaxtla saat 00:00-a olan məlumata əsasən, hava hücumları nəticəsində ümumilikdə 35 mülki şəxs həyatını itirib, 72 nəfər isə yaralanıb. Ən çox zərər görən əyalətlər Hörmüzqan, Sistan və Bəlucistan, həmçinin Xuzistan olub.

Hüseyn Kərmanpur həlak olanların sayının artacağının istisna edilmədiyini bildirib.

Xəbər lenti

Xəbər lenti