Bakı. Trend:
ABŞ Konqresinin Senatı 2027-ci maliyyə ili üçün ölkənin müdafiə ehtiyaclarına 1,15 trilyon dollar ayrılmasını nəzərdə tutan qanun layihəsini prosedur səsverməsində qəbul etməyib.
Sənədin lehinə 50 senator, əleyhinə isə 46 senator səs verib. Qanun layihəsinin müzakirəsinin davam etdirilməsi üçün isə ən azı 60 səs tələb olunurdu.
Demokratlar Partiyasının nümayəndələri təşəbbüsü dəstəkləməyəcəklərini bildiriblər. Onlar buna səbəb kimi ABŞ ilə İran arasında hərbi əməliyyatların yenidən başlamasını göstəriblər. Demokratlar bundan əvvəl də Vaşinqton administrasiyasını İranla bağlı siyasətinə görə dəfələrlə tənqid etmişdilər.
Qeyd olunur ki, Pentaqonun maliyyələşdirilməsi ilə bağlı qanun
layihələri adətən ABŞ-ın hər iki aparıcı siyasi partiyasının
dəstəyini alır.