"TikTok" rəsmisi istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi

Cəmiyyət Materials 14 İyul 2026 02:38 (UTC +04:00)
üçün tətbiq olunan yanaşmalar barədə danışıb
"TikTok" rəsmisi istifadəçilərin təhlükəsizliyinin təmin edilməsi
Xəyal Hətəmzadə
Xəyal Hətəmzadə
Bütün xəbərlər

Şuşa.Trend:

İstifadəçilərin etimadı yaradıcılığın, öyrənmənin və ünsiyyətin inkişafına töhfə verən təhlükəsiz rəqəmsal mühitin əsasını təşkil edir.

Trend-in tədbirdə iştirak edən xüsusi müxbiri xəbər verir ki, bunu "TikTok"un Şərqi Avropa üzrə dövlət siyasəti və dövlət qurumları ilə əlaqələr üzrə direktoru Diana Rayan IV Şuşa Qlobal Media Forumu çərçivəsində keçirilən "Rəqəmsal platformalar və informasiya təhlükəsizliyi: müasir çağırışlar və əsas həllər" adlı panel müzakirəsində deyib.

"Təhlükəsizlik bizim platformanın sadəcə bir funksiyası deyil. O, yaradıcılığı, öyrənməyi və istifadəçilər arasında dolğun qarşılıqlı əlaqəni mümkün edən əsasdır", – deyə o bildirib.

Rayanın sözlərinə görə, "TikTok"dan hər gün dünya üzrə 1 milyarddan çox insan istifadə edir, Azərbaycanda isə bu platformanın auditoriyası 1 milyondan artıq istifadəçini əhatə edir.

O qeyd edib ki, "TikTok"un təhlükəsizliyin təmin edilməsinə yanaşması üç əsas prinsip üzərində qurulub: icma qaydalarına ciddi riayət olunması, istifadəçilərə öz rəqəmsal təcrübələrini idarə etmək üçün alətlərin təqdim edilməsi və rəqəmsal savadlılığın inkişaf etdirilməsi.

Rayan vurğulayıb ki, platformada paylaşılmış hər bir material əvvəlcə süni intellekt texnologiyalarının köməyi ilə yoxlanılır, ardınca isə mütəxəssislər tərəfindən moderasiya edilir. Onun sözlərinə görə, "TikTok" 70-dən çox dildə, o cümlədən Azərbaycan dilində moderasiya aparır, həmçinin icma qaydalarına əməl olunmasına dair mütəmadi hesabatlar dərc edərək platformanın fəaliyyətində şəffaflığı təmin edir.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti