"Brent" markalı neftin qiyməti 15 iyundan bəri ilk dəfə 85 dolları keçib

İqtisadiyyat Materials 14 İyul 2026 05:22 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti 15 iyundan bəri ilk dəfə 85 dolları keçib

Bakı. Trend:

"Brent" markalı neftin 2026-cı ilin sentyabr ayı üzrə fyuçerslərinin qiyməti Londonun "ICE" birjasında bir barel üçün 85 dolları ötərək 2026-cı il iyunun 15-dən bəri ilk dəfə bu həddi keçib.

Bu barədə birja məlumatlarında bildirilib.

Məlumata əsasən, saat 04:16-ya olan vəziyyətə görə, "Brent" markalı neftin qiyməti 2,04 faiz artaraq 85,02 dollar təşkil edib.

Saat 04:23-ə olan məlumata görə, "Brent" markalı neftinin fyuçersləri 2,78% bahalaşaraq 85,64 dollar səviyyəsində ticarət olunub. Eyni zamanda, "WTI" markalı neftin 2026-cı ilin iyul ayı üzrə fyuçersləri 8,25% bahalaşaraq bir barel üçün 80,42 dollara yüksəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti