İsrail ABŞ-nin yanacaq dolduran təyyərələrinə məhdudiyyət tətbiq edib

Dünya xəbərləri Materials 14 İyul 2026 16:41 (UTC +04:00)
İsrail ABŞ-nin yanacaq dolduran təyyərələrinə məhdudiyyət tətbiq edib
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

İsrailin nəqliyyat naziri Miri Regev kommersiya reyslərinin ləğvi riskinin qarşısını almaq məqsədilə Təl-Əviv yaxınlığındakı Ben-Qurion hava limanına əlavə ABŞ yanacaq dolduran təyyarələrinin enişinə icazə verilməməsi barədə göstəriş verib.

Bu barədə Ynet portalı məlumat yayıb.

Portalın məlumatına görə, ABŞ bu ay İran ətrafında vəziyyətin gərginləşməsi fonunda Ben-Qurion hava limanından öz yanacaq dolduran təyyarələrinin çıxarılmasını dayandırıb. Bu isə öz növbəsində İsrailin əsas hava limanında müntəzəm kommersiya reyslərinin ləğvi təhlükəsini artırır.

İsrail Hava Limanları İdarəsinə istinadən bildirilir ki, "ABŞ-yə məxsus yanacaq dolduran təyyarələrin hava limanından çıxarılması prosesi dayandırılıb. Son gecə ərzində İsrailə daha dörd belə təyyarə enib.

Beləliklə, hazırda Ben-Qurion hava limanında ABŞ-yə məxsus 33 ədəd yanacaq doldurma təyyarəsi yerləşir və onlar mülki aviasiya təyyarələri üçün nəzərdə tutulan dayanacaq yerlərini tutur".

İsrail aviasiya qurumlarının məlumatına görə, əgər bu təyyarələrin Ben-Qurion hava limanından çıxarılması bərpa olunmasa, 50 minədək sərnişinin uçuşu sual altında düşə bilər.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti