İran: ABŞ-yə Hörmüz boğazını idarə etməyə icazə verməyəcəyik

Dünya xəbərləri Materials 13 İyul 2026 17:40 (UTC +04:00)
İran: ABŞ-yə Hörmüz boğazını idarə etməyə icazə verməyəcəyik
Elnur Bağışov
Elnur Bağışov
Bütün xəbərlər

Bakı. Trend:

Öncəki xəbərdarlıqları nəzərə alaraq İran ABŞ-yə Hörmüz boğazını idarə etmək icazəsi verməyib və verməyəcək.

Bunu İran Silahlı Qüvvələrinin Xatəm Əl-Ənbiya Qərargahının sözçüsü İbrahim Zolfoqari deyib.

“Hörmüz boğazının idarə olunmasında müdaxilə üçün ABŞ-nin addımlarını təkrarlaması regionun, beynəlxalq ticarətin təhlükəsizliyini və neft tankerləri və ticarət gəmilərinin hərəkətini ciddi şəkildə təhlükəyə atıb. Bəzi region ölkələrinin əməkdaşlığı ilə müharibənin regiona yayılması təhlükəsinin artması ilə nəticələnib”, - deyə o bildirib.

Zolfoqari qeyd edib ki, İran silahlı qüvvələri ABŞ ordusu tərəfindən İranın təyin etdiyi marşrutdan kənar və İranın icazəsi olmadan ticarət gəmiləri və neft tankerlərini keçirmək üçün istənilən atılan addıma sərt şəkildə reaksiya verir. Ötən günlərdə İran İslam İnqilabı Keşikçilər Korpusu (SEPAH) və ordunun addımları bu iddianı sübuta yetirir.

“İran region ölkələrinə xəbərdarlıq edir ki, ABŞ ilə istənilən əməkdaşlıq və bu ölkə ordusuna logistik dəstək İranın suverenliyi və milli təhlükəsizliyi əleyhinə müharibə mənasındadır və regionda müharibə baş verdiyi halda bütün region ölkələrini bürüyəcək”, - deyə o qeyd edib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti