ABŞ-İran münaqişəsinin de-eskalasiyası üçün vasitəçilər tərəflərlə yeni danışıqlar aparıb

Dünya xəbərləri Materials 13 İyul 2026 10:27 (UTC +04:00)
ABŞ-İran münaqişəsinin de-eskalasiyası üçün vasitəçilər tərəflərlə yeni danışıqlar aparıb
Fərhad Məmmədov
Fərhad Məmmədov
Bütün xəbərlər

Bakı.Trend:

Pakistan, Qətər və Misirdən olan vasitəçilər bu həftə sonu ABŞ və İran arasında de-eskalasiyaya nail olmaq məqsədilə tərəflərin nümayəndələri ilə yeni danışıqlar aparıb.

Bu barədə “Associated Press” öz məlumatlı mənbələrinə istinadən xəbər yayıb.

Xüsusilə, Pakistanın Xarici İşlər Naziri İshaq Darın İran XİN rəhbəri Abbas Əraqçi ilə telefon danışığı aparması vurğulanır. Agentlik qeyd edir ki, vasitəçilər münaqişə tərəfləri arasında gərginliyin de-eskalasiyası üzrə səyləri davam etdirməkdə israrlıdırlar.

Qeyd edək ki, bu bu gecə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İran ərazisində yerləşən obyektlərə yeni zərbələr dalğası barədə məlumat yaymışdı. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə ABŞ-nin Küveytdə yerləşən hərbi obyektlərini məhv etdiyini iddia edib.

Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti