Bakı. Trend:
ABŞ ordusu İranın Hörmüz boğazına nəzarət etmək qabiliyyətini zəiflətmək məqsədilə İrana yeni zərbələr endirməyə başlayıb.
Bu barədə ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandalığı (CENTCOM) "X" sosial şəbəkəsində yazıb.
"Bu gün Şərq vaxtı ilə saat 17:00-da ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qüvvələri İranın Hörmüz boğazından sərbəst şəkildə keçən mülki dənizçilərə və kommersiya gəmilərinə hücum etmək imkanlarını daha da zəiflətmək məqsədilə İrana qarşı yeni zərbələr endirməyə başlayıb. Ali Baş Komandan bu zərbələrin İran qüvvələrinin məsuliyyətə cəlb olunması məqsədilə həyata keçirilməsi barədə göstəriş verib", - deyə məlumatda bildirilib.