Nigeriyada may ayında qaçırılan onlarla şagird və müəllim azad edilib

Dünya xəbərləri Materials 11 İyul 2026 02:20 (UTC +04:00)
Nigeriyada may ayında qaçırılan onlarla şagird və müəllim azad edilib

Mayın 15-də Nigeriyanın cənub-qərbində yerləşən Oyo ştatında üç məktəbdən qaçırılan onlarla şagird azad edilib.

Bu barədə iyulun 10-da ölkə prezidenti Bola Tinubunun mətbuat xidməti məlumat verib.

Nigeriya Prezidenti Bola Tinubu bəyanatında bildirib: “Təhlükəsizlik qüvvələrimizin Oyo ştatının Oqbomoso bölgəsində, Orire rayonunda qaçırılmış şagird və müəllimləri bu gün xilas etməsindən dərin məmnunluq hissi keçirirəm. Ordu, polis və kəşfiyyat xidmətlərinin birgə əməliyyatı nəticəsində bu dəhşətli cinayəti törədən terrorçulardan bəziləri öldürülüb, daha səkkiz nəfər isə həbs olunub”.

Bundan əvvəl prezidentin mətbuat katibi Bayo Onanuqa “X” sosial şəbəkəsində bəzi uşaqların fotolarını paylaşaraq onların azad edildiyini açıqlamışdı. O qeyd edib ki, “terrorçular” hakimiyyət orqanlarının əlində olan silahdaşlarından birinin azadlığa buraxılmasını tələb ediblər. Lakin onları tələbləri yerinə yetirilməyib və heç bir güzəşt edilməyib.

Hökumət qüvvələrinin “Boko Haram” qruplaşmasının üzvləri kimi təqdim etdiyi silahlı şəxslər mayın 15-də Oyo ştatının üç məktəbindən 46 şagird və məktəb işçisini qaçırmışdı. Old Oyo Milli Parkının yaxınlığında yerləşən Esiele və Yavota kəndlərindəki məktəblərə hücum qısa müddətdə ölkənin əsas gündəm mövzularından birinə çevrilmiş, etiraz aksiyalarına, müəllimlərin bir aylıq tətilinə və beynəlxalq qınağa səbəb olmuşdu.

Həmin gün Borno ştatının şimal-şərqində, aralarında cəmi iki yaşı olan uşaqların da olduğu təxminən 40 məktəbli də qaçırılıb. Onlar hələ də əsirlikdə saxlanılır.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti