Bakı. Trend:
Qətərin Daxili İşlər Nazirliyi hava hücumundan müdafiə sistemlərinin yaratdığı bir sıra partlayışlardan sonra təhlükəsizlik təhdidinin aradan qalxdığını açıqlayıb.
Bu barədə nazirliyin məlumatında bildirilib.
"Təhlükəsizlik təhdidi aradan qaldırılıb və vəziyyət normallaşıb", - deyə qeyd olunub.
Öz növbəsində, Qətər Müdafiə Nazirliyi raket hücumunun dəf edildiyini bildirib.