Güləşçimiz əzmkar qələbə qazanaraq Avropa çempionu olub

İdman Materials 13 İyul 2026 01:25 (UTC +04:00)
Güləşçimiz əzmkar qələbə qazanaraq Avropa çempionu olub

Bakı. Trend:

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U20 Avropa çempionatına yekun vurulub.

Sonuncu yarış günündə 61, 74, 86, 92 və 125 kq-da yer alan sərbəst güləşçilər arasında medalçılar müəyyənləşib.

Camal Abbasov (61 kq) finalda rusiyalı Usman İndirbayevə (2:13), Nurlan Ağazadə (74 kq) isə həlledici görüşdə almaniyalı Manuel Vaqinə (2:4) məğlub olaraq gümüş medalı boynundan asıb.

Məhəmməd Abbaszadə (86 kq) israilli Tomer Drojnyaka 7:1 hesabıyla qalib gələrək üçüncü yeri tutub. Hüseyn Məmmədtağızadə (92 kq) bürünc medal görüşündə gürcüstanlı Sandro Kuraşviliyə uduzub – 1:12.

Avropa çempionatının son qarşılaşmasında Yusif Dursunov (125 kq) rusiyalı Soslan Qabuyevlə üz-üzə gəlib. Final gərgin mübarizə şəraitində keçib. Görüşdə 0:3 hesabıyla geri düşən həmyerlimiz əsl əzmkarlıq göstərərək geridönüş edib. Yekunda 4:3 hesablı qələbə qazanan Yusif U20 Avropa çempionu olub.

Ümumilikdə, yığmamız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra ikinci yeri tutub.

Millimiz bu nəticəylə 2 rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət komandamız medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb

Xəbər lenti

Xəbər lenti