Bakı. Trend:
ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) bir qrup ABŞ hərbi qulluqçusu Livan ordusunun ölkənin cənubundakı "pilot zonalarında" yerləşdirilməsinə dəstək vermək üçün Beyruta gəlib.
Bu barədə "Naharnet" xəbər portalı məlumat verib.
Məlumata əsasən, ABŞ hərbi nümayəndə heyəti Livan ordusu komandanı Rudolf Heikal ilə görüşüb və onunla İsrail qüvvələrinin Livanın nəzarəti altına keçən ilk ərazidən çıxarılması mexanizmini müzakirə edib.