Venesuelada zəlzələ qurbanlarının sayı 4490-a çatıb

Dünya xəbərləri Materials 13 İyul 2026 01:50 (UTC +04:00)
Venesuelada zəlzələ qurbanlarının sayı 4490-a çatıb

Bakı. Trend:

Venesuelada baş vermiş dağıdıcı zəlzələ nəticəsində həlak olanların sayı 4 490 nəfərə çatıb.

Bu barədə Bolivar Respublikasının Milli Assambleyasının (parlament) sədri Xorxe Rodriges özünün Telegram kanalında məlumat verib.

Onun sözlərinə görə, 16 740 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb, 17 907 nəfər isə evsiz qalıb. Nəticədə 190 bina tamamilə dağılıb, 856 tikiliyə ciddi ziyan dəyib.

Aparılan axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib, 32 401 nəfər xəstəxana və tibb müəssisələrində müalicə alıb. Zərərçəkmiş 120 794 ailəyə yardım göstərilib, onlara ümumilikdə 9 995 ton ərzaq məhsulu çatdırılıb.

Qeyd edək ki, zəlzələ iyunun 24-ü axşam saatlarında Venesuelada baş verib. Təxminən 40 saniyə fərqlə 7,2 və 7,5 bal gücündə iki yeraltı təkan qeydə alınıb. Təkanların episentrləri Yarakuy ştatında bir-birindən 10 kilometr məsafədə yerləşib. Zəlzələdən sonra ötən günlər ərzində 1 000-dən çox afterşok qeydə alınıb.

Xəbər lenti

Xəbər lenti